Tramp Səudiyyə Ərəbistanına təşəkkür etdi

tramp-seudiyye-erebistanina-tesekkur-etdi
Oxunma sayı: 2014

ABŞ prezidenti Donald Tramp neftin qiyməti düşdüyünə görə Səudiyyə Ərəbistanına təşəkkür edib.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb:

“Neftin qiyməti enir. Möhtəşəm! Amerika və dünya üçün vergilərin azalması kimi... 82 dollar idi, 54 olub. Səudiyyə Ərəbistanına təşəkkür. Gəlin, bir az da endirək!”.

Xatırladaq ki, ABŞ prezidentinin Səudiyyə Ərəbistanına sanksiya  tətbiqindən imtina etməsindən sonra neftin qiyməti düşməyə başlayıb.