Tramp sözləri səhv saldı, gülüşə səbəb oldu - Video

tramp-sozleri-sehv-saldi-guluse-sebeb-oldu
Oxunma sayı: 658

ABŞ prezidenti Donald Tramp ölkədə səfərdə olan kolimbiyalı həmkarı Xuan Manuel Santosla keçirdiyi mətbuat konfransında çıxışı zamanı narkotik vasitələrin istehsalının qarşısının almaq üçün görülməli olan vacib tədbirlərdən danışıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Tramp kokain sözü əvəzinə yanlışlıqla iki dəfə kakao ifadəsini işlədib.

“Ötən il Kolumbiyada kakaonun becərilməsi və kokainin istehsalı rekord həddə çatıb”, - deyə Tramp bildirib.

Amerika lideri bu çıxışı ilə sosial şəbəkələrdə lağlağı obyekti olub.