Tramp Suriya ilə bağlı yekun qərar verməyib

tramp-suriya-ile-bagli-yekun-qerar-vermeyib
Oxunma sayı: 1182

ABŞ prezidenti Donald Tramp Suriyada kimyavi silahın ehtimal olunan istifadəsi ilə bağlı Vaşinqtonun atacağı addımlara dair yekun qərar etməyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Dövlət başçısının milli təhlükəsizlik üzrə müşavirləri ilə keçirdiyi iclas bir qədər əvvəl yekunlaşıb. Yekun qərar qəbul edilməyib. Biz kəşfiyyat məlumatlarını təhlilini və müttəfiqlərimizlə dialoqu davam edirik. Prezident Fransanın dövlət başçısı Makron və Böyük Britaniyanın baş naziri Meylə də telefonla danışacaq”, - deyə o bildirib.