Tramp transseksualların orduda xidmət etməyinə qadağa qoydu

tramp-transseksuallarin-orduda-xidmet-etmeyine-qadaga-qoydu
Oxunma sayı: 644

Prezident Donald Tramp transseksualların Amerika Silahlı Qüvvələrində xidmət etməyinə qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi Tvitter mikrobloqunda yazıb.

“Silahlı qüvvələrimiz fikrini böyük qələbələrə kökləməlidir. Onları transseksuallara külli miqdarda pul xərcləməyə məcbur etməməli, sabitliyi pozmalarına dözməməliyik”, - deyə Tramp qeyd edib.