Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etdi

tramp-turkiye-ile-guzestli-ticaret-rejimini-legv-etdi
Oxunma sayı: 2263

ABŞ prezidenti Donald Tramp öz ölkəsinin Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib.

“Qafqazinfo” "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

"Mən qərara gəldim ki, onun (Türkiyənin) iqtisadi inkişafına əsaslanaraq, mayın 17-dən Türkiyənin inkişafda olan ölkə-resipient statusuna yekun vermək lazımdır", - ABŞ prezidentinin bəyanatında deyilir.

Xatırladaq ki, bu qərarı qəbul etmək niyyətini D.Tramp hələ mart ayında bəyan etmişdi.