Tramp “Twitter”i qərəzlilikdə ittiham etdi

tramp-twitteri-qerezlilikde-ittiham-etdi
Oxunma sayı: 740

ABŞ prezidenti Donald Tramp Tvitter mikrobloq servisini qərəzlilikdə ittiham edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Fox Business” telekanalına müsahibəsində deyib.

“Onların mənimlə Tvitterdə etdikləri inanılmazdır. Mənim milyonlarla izləyicim var. Tvitterə görə insanlar məni izləməkdə çətinlik çəkir və mənə fikrimi çatdırmaq daha da çətinləşir”, - Tramp müsahibəsində bildirib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl onun Tvitter izləyicilərinin sayı yüz minlərlə artıb, daha sonra isə qəfl dayanıb.