Tramp Ukraynaya maliyyə yardımını 3 dəfə azaltdı

tramp-ukraynaya-maliyye-yardimini-3-defe-azaltdi
Oxunma sayı: 649

Ağ Ev bu gün federal büdcənin 2018-ci il üçün nəzərdə tutulmuş layihəsini təqdim edib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, ABŞ yeni maliyyə ilində Ukraynaya yardımı 3 dəfə azaldıb.

Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən sənəddə qeyd olunur ki, Vaşinqton Kiyevə 203,7 milyon dollar göndərəcək. Belə ki, bu məbləğ 2016-cı ildə 667 milyon dollar təşkil edib. Bu vəsaitin hansı məqsədlər üçün köçürüldüyü məlum deyil.

Qeyd edək ki, ABŞ Ukrayna daxil olmaqla Vyetnam, İndoneziya, Kolumbiya, Pakistan və Filippinə pulsuz hərbi yardımı dayandırıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ölkənin federal büdcəsi ilə bağlı fərmanı mayın əvvəllərində imzalayıb. Qanun layihəsi Konqresin hər iki palatası tərəfindən qəbul edilib. Amerikanın büdcə xərcləri 2018-ci il üçün 1,2 trilyon dollar təşkil edəcək.