Tramp Usama ben Ladenin oğlunun ölümünü təsdiqlədi

tramp-usama-ben-ladenin-oglunun-olumunu-tesdiqledi
Oxunma sayı: 3841

ABŞ Prezidenti Donald Tramp “Əl-Qaidə” terror qruplaşmasının banisi Usama ben Ladenin oğlu Həmzə ben Ladenin Birləşmiş Ştatların keçirdiyi əməliyyat nəticəsində öldürüldüyünü təsdiqləyib.

"Qafqazinfo2 xarici KİV-lərə istinadla xəbər verir ki, onun sözlərinə görə, “Əl-Qaidə” qruplaşmasının yüksək vəzifəli üzvü Əfqanıstan və Pakistan regionunda öldürülüb.

“Həmzə ben Ladenin ölümü “Əl-Qaidə” qruplaşmasını vacib lider keyfiyyətlərindən və atası ilə simvolik bağlarından məhrum edəcək və qruplaşmanın mühüm operativ fəaliyyətlərini pozacaq. Həmzə müxtəlif qruplaşmalarla iş və planlaşdırma məsələlərinə cavabdeh idi”, - deyə Donald Tramp bildirib.

Qeyd edək ki, Həmzə ben Ladenin ölümü barədə xəbərlər hələ bu ilin yay aylarında yayılsa da, rəsmi Vaşinqton bu məlumatı təsdiq etməmişdi.