Tramp yenə “silah qanunu” haqqında danışmadı

Tramp yenə “silah qanunu” haqqında danışmadı
Oxunma sayı: 332

Las-Veqasda törədilən terror hadisəsindən sonra ABŞ prezidenti Donald Tramp, ölkədə silah satışı ilə bağlı qanundan bəhs etməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp, sadəcə “vaxtı gələndə danışacağıq” deməklə kifayətlənib.

Məlumat üçün bildirək ki, ABŞ-da müxtəlif odlu silahları hətta supermarketlərdə də almaq mümkündür. 18 yaşdan yuxarı hər kəs, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə silah ala bilərlər. Bir çoxları qanunun sərtləşdirilməsini tələb edir.

Qeyd edək ki, ABŞ-da bu ilin ilk 9 ayında odlu silahla törədilən cinayətlərdə 11 min 652 nəfər öldürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi