Trampa görə 35 milyard dollar itirdilər

trampa-gore-35-milyard-dollar-itirdiler
Oxunma sayı: 638

Dünyanın ən zəngin insanları ABŞ prezidenti Donald Trampla əlaqəli qalmaqallara görə 35 milyard dollar itiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bloomberg saytı məlumat yayıb. Məlum olub ki, dünyanın ən zəngin insanı olan Bill Qeyts bu səbəbdən bir günə 1 milyard dollar itirib. Amazonun qurucusu Ceff Bezosa isə 1,7 milyard ziyan dəyib. 

Trampın siyasi qalmaqallarına görə ən böyük itkini isə Facebook yaradıcısı Mark Zukerberq yaşayıb. O, bir gündə şirkətinin səhmlərinin düşməsinə görə 2 milyard dollar itirib.

Məlum olub ki, Amerikanın fond indeksləri ABŞ prezidenti tərəfindən Federal Təhqiqat Bürosunun direktoru Ceyms Kominin işdən qovulması və Trampın Rusiya ilə əlaqələrinə dair araşdırılma aparılmasına dair xəbərlərdən sonra düşüb.