“Trampa mane olan qüvvələr var” - Putin

“Trampa mane olan qüvvələr var”
Oxunma sayı: 954

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşdırılmasını istəyir, lakin ona mane olan qüvvələr var.

“Qafqazinfo” TASS-a istinadən xəbət verir ki, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsi zamanı bildirib.

Putin iki ölkə arasında münasibətlər barəsində bunu söyləyib:

“Sizə düşmən damğası vuran biz deyilik. Siz parlament, Konqres səviyyəsində qərar qəbul edib Rusiyanı düşmən siyahısına daxil etmisiniz.

Niye belə etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib.

Gəlin rahat oturaq və aydınlaşdıraq. Mən hesab edirəm ki, hazırki prezident (Donald Tramp-red) bunu etmək istəyir, lakin ona mane olan qüvvələr var”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi