Trampdan geri addım - “Üzr istəyərəm”

trampdan-geri-addim
Oxunma sayı: 3907

ABŞ prezidenti ötən aylarda İngiltərədə İslam əleyhinə radikal qrupun mesajlarını öz şəxsi hesabında paylaşmışdı.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Davos” İqtisadi Forumunda iştirak edən Tramp verdiyi müsahibəsində adının irqçi qrupla çəkilməsini istəmədiyini söyləyib:

“Məsələ ilə bağlı istəyərlərsə, üzr istəyə bilərəm”.

Qeyd edək ki, Trampın paylaşımları sosial mediada böyük tənqidə məruz qalmışdı. O, kəskin etirazlar fonunda İngiltərəyə səfərini təxirə salmaq məcburiyyətində qalıb.