Trampdan gözlənilməz təklif - “Müəllimləri silahlandıraq”

Trampdan gözlənilməz təklif
Oxunma sayı: 1223

ABŞ prezidenti Donald Tramp müəllimlərə və məktəb işçilərinə silah gəzdirməyə icazə verilməsini təklif edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp bir neçə gün öncə qətliam baş vermiş Parkland şəhərindəki məktəbdə çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, cinayətkarlara öz niyyətlərini məktəblərdə həyata keçirirlər. Bilirlər ki, cavab olaraq onlara heç kim atəş açmayacaq. Bu cür hücumlar orta hesabla 3 dəqiqə çəkir. Polislərə isə hadisə yerinə gəlməyə 5-10 dəqiqə vaxt lazım olur.

Tramp müəllimlərdən əlavə silahla davranmağı yaxşı bacaran keçmiş hərbçiləri məktəblərə mühafizə işinə götürməyi də təklif edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi