Trampdan İranla yeni müqaviləyə - Açıq qapı

trampdan-iranla-yeni-muqavileye
Oxunma sayı: 1607

ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı istehsalına davam etməsi iddiası barədə növbəti açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Tramp, İranla yeni nüvə müqaviləsi üçün qapıları bağlamadığını, lakin ABŞ-ın qüvvədə olan mövcud müqavilədən çıxacağı təqdirdə bunun Şimali Koreya ilə aparılan müzakirələrə mənfi təsir etməyəcəyini dilə gətirib:

“İran boş dayanmır. Nüvə raketi sınaqdan keçirirlər, bunun televiziya çəkilişi məqsədilə edildiyini deyirlər. Elə olduğunu heç düşünmürəm. Buna baxmayaraq, bu, həqiqi bir müqavilə ətrafında müzakirə aparmayacağımız mənasına gəlmir. Əgər ABŞ hazırki müqavilədən çıxarsa, nüvə sınaqları aparan Şimali Koreyaya da doğru ismarış olar”.

Qeyd edək ki, Tramp 12 maya qədər İranla nüvə müqaviləsi məsələsində problemlərin həll edilməyəcəyi təqdirdə ABŞ-ın müqavilədən çıxacağını açıqlamışdı.