Trampdan Putinə gözlənilməz dəvət

trampdan-putine-gozlenilmez-devet
Oxunma sayı: 1892

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Vaşinqtona dəvət edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov məlumat verib. 

Lavrov bəyan edib ki, Rusiya və ABŞ liderləri arasında telefon əlaqəsi baş tutub və Tramp bir neçə dəfə Putini Ağ Evdə qarşılamaqdan məmnunluq duyacağını vurğulayıb. 

Lavrov Putinin Trampla görüşə hazır olduğunu deyib. 

XİN başçısı qeyd edib ki, Trampla Putin, həmçinin hər iki ölkənin hərbçiləri ABŞ-la Rusiya arasında hərbi toqquşmalara 100 faiz yol verməyəcəklər.