Trampdan Rusiya təyyarəsi ilə bağlı versiya - “Suriya vura bilər”

trampdan-rusiya-teyyaresi-ile-bagli-versiya
Oxunma sayı: 1126

ABŞ prezidenti Donald Tramp Aralıq dənizində vurulan Rusiya təyyarəsi ilə bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri içərisində 14 hərbçinin olduğu təyyarənin Suriyanın vurduğunu iddia edib:

“Dəyərləndirmələrimə görə, mənə elə gəlir ki, Rusiya təyyarəsini Suriya vurub. 14 nəfərin öldüyünü eşitdim. Çox üzücü hadisədir, ancaq belə şeylər olur”.