Trampdan şok qərar - Tillersonu işdən çıxardı, CİA-ya ilk dəfə...

Trampdan şok qərar
Oxunma sayı: 3830

ABŞ prezidenti Donald Tramp gözlənilməz qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edəcəyini, yerinə isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeonu təyin edəcəyini bildirib. Bu barədə ABŞ prezidenti tvitter hesabında yazıb. CİA direktoru postuna isə Gina Haspel gətirilir. O, bu vəzifəyə təyin olunacaq ilk qadındır.

Tramp Tillersonu işdən azad etməsini "fikir ayrılığı" ilə əsaslandırıb və uzun zaman idi ki, bunu onunla müzakirə etdiklərini qeyd edib. 

Dövlət Departamentinin nümayəndəsi isə bildirib ki, Tillerson bu məsələni heç vaxt prezidentlə müzakirə etməyib və qovulması səbəbini də bilmir. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi