Trampdan Türkiyəyə çağırış - “Rahib buraxılmasa, sanksiyalar olacaq”

trampdan-turkiyeye-cagiris
Oxunma sayı: 2794

ABŞ prezidenti Donald Tramp ev dustaqlığında olan amerikalı rahib Endryü Bransonla bağlı Türkiyəyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri Tvitter səhifəsində rahibin azadlığa buraxılmasını, əks halda Türkiyənin sanksiya ilə üzləşəcəyini yazıb: “ABŞ Türkiyəyə dahi xristian, mükəmməl insan rahib Endryü Bransonun uzunmüddətli həbsinə görə sanksiyalar tətbiq edəcək. Bu məsum din adamı dərhal azadlığa buraxılmalıdır”. 

Xatırladaq ki, rahib Branson şahidlərdən birinin ifadəsinə əsasən, FETÖ cinayətindən tutulub. 35 il həbsi istənilən rahib haqqında “ev dustaqlığı” qərarı verilib.