Trampdan Yaxın Şərqi qarışdıracaq tvit - Foto

trampdan-yaxin-serqi-qarisdiracaq-tvit
Oxunma sayı: 3720

ABŞ prezidenti Donald Tramp İsrailin işğalı altındakı Suriya torpağı olan Qolan təpələri ilə bağlı Tvitterdə status paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o, 52 ildən sonra həmin təpələr üzərində İsrailin tam hakimiyyətini tanımağın vaxtının çatdığını bildirib.

Bu tvitdən sonra İsrail baş naziri Benyamin Netanyahu Trampa təşəkkür mesajı paylaşıb.

Qeyd edək ki, Qolan təpələri 1967-ci ildən etibarən İsrailin nəzarətindədir. Beynəlxalq təşkilatlar həmin təpələri işğal olunmuş Suriya ərazisi kimi qəbul edir.