Trampdan yeni sanksiya qərarı

trampdan-yeni-sanksiya-qerari
Oxunma sayı: 1544

ABŞ prezidenti Donald Tramp yeni sanksiya qərarı imzalayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu dəfə seçkilərə müdaxilə edən xarici quruluşlara və şəxslərə qarşı sanksiya tətbiq edilməsinə qərar verib.

ABŞ-ın Beynəlxalq Tədqiqatlar üzrə direktoru Den Kouts və Ağ Evin beynəlxalq təhlükəsizlik müşaviri Con Bolton bununla bağlı jurnalistlərə yazılı açıqlama ilə müraciət ediblər. Kouts qərarla bağlı “Bu, seçkilərə müdaxilənin qarşısını almaq üçün mümkün olan hər addımı atmağımızın sübutudur” deyib.

O, qərarın təkcə Rusiya əleyhinə deyil, Çin, Şimali Koreya və İran üçün də qüvvədə olduğunu bildirib.

Bolton isə məsələyə “Bu sanksiya qərarı xarici müdaxilələrin qarşısını almaq məqsədi ilə verilib və geniş siyasi addımın bir hissəsidir”, - deyə münasibət bildirib.