Trampı dövrəyə alıb dua etdilər - Ağ Evdən maraqlı foto

Trampı dövrəyə alıb dua etdilər
Oxunma sayı: 1270

ABŞ prezidenti Donald Trampın yevangelist din xadimləri ilə görüşündə maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, prezident din xadimlərini  Oval ofisdə qonaq edib. Toplantıda dua seansı baş tutub. Həmin anın fotoları sosial şəbəkələrdə paylaşılıb. Fotolarda din xadimlərinin Trampı əhatəyə aldığı və dua etdikləri görünür.

Yevangelik lider Con Mor görüş barədə təəssüratlarını bölüşərək Barak Obamanın hakimiyyəti dönəmində də bənzər səfərlərin olduğunu bildirir. O, “Bənzər formada  Obama ilə də dua etmişdik. Lakin Donald Trampla fərqli idi. Onunla dua edərkən həqiqi bir münasibət, həqiqi bir dostluq içərisindəydik”,-deyib.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi