Trampın 2 ay əvvəl boşanan oğlu yeni sevgili tapdı - Fotolar

trampin-2-ay-evvel-bosanan-oglu-yeni-sevgili-tapdi
Oxunma sayı: 2860

İki ay əvvəl 5 uşağının anası Vanessadan boşanan Donald Tramp Balaca aparıcı Kimberli Guilfoyle işə eşq yaşamağa başlayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın oğlu aparıcı ilə mart ayından sevgili imiş. Tramp Balacanın 12 illik xanımından Kimberliyə görə ayrıldığı deyilir. Daha əvvəl dost olan cütlüyün münasibəti sevgiyə çevrilib. 

Qeyd edək ki, 49 yaşlı Kimberli 40 yaşlı Trampla sevgili olmazdan əvvəl ailəli olub. O, ikinci ərindən də boşanaraq Tramp Balacanı seçib.