Trampın 5 milyarda ehtiyacı var

trampin-5-milyarda-ehtiyaci-var
Oxunma sayı: 1352

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisi üçün 5 milyard dollara ehtiyacı olduğunu deyib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri senatın demokratlar partiyasının rəhbəri Çak Şummer və nümayəndələr palatasında demokratların lideri Nensi Pelosi ilə görüşündə danışıb:

“Divarın böyük bir hissəsini tikmək üçün mənə 5 milyard dollar lazımdır”.

Şummer bu tələbə qarşı çıxsa da, Pelosi bunu müsbət qarşılayıb.