Trampın daha iki köməkçisi istefa verməyi düşünür

trampin-daha-iki-komekcisi-istefa-vermeyi-dusunur
Oxunma sayı: 1072

Ağ Evin mətbuat katibi Sara Sanderslə müavini Rac Şah ən qısa müddətdə istefa verməyi düşünürlər.

"Qafqazinfo"nun məlumatına görə, bu barədə CBS News xəbər yayıb. 

Bildirilir ki, Sanders Ağ Evi ilin sonunda tərk etməyi düşünür. Şahın isə postundan gedəcəyi tarix dəqiq bilinmir. Telekanal kommunikasiya departamentindən bir sıra digər əməkdaşların da gedəcəyini iddia edir. 

Xatırladaq ki, fevralın 28-də prezidentin kommunikasiya üzrə köməkçisi Houp Hiks də vəzifəsindən getmişdi.