Trampın daxili təhlükəsizlik üzrə yeni köməkçisi bəlli oldu

trampin-daxili-tehlukesizlik-uzre-yeni-komekcisi-belli-oldu
Oxunma sayı: 927

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Duqlas Firs prezident Donald Trampın daxili təhlükəsizlik və terrorizmlə mübarizə üzrə köməkçisi təyin olunub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi bəyanat verilib: "Duqlas Fris daxili təhlükəsizlik, o cümlədən terrorizmlə mübarizə, kibertəhlükəsizlik, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində 30 ildən çox təcrübəyə sahibdir". 

Qeyd edək ki, Firs bu vəzifəyə təyin olunanadək prezidentin köməkçisi olub. O, bu ilin aprelində istefaya gedən Tom Bossertin yerinə təyin edilib.