Trampın keçmiş vəkili həbsxanada ulduz oldu

trampin-kecmis-vekili-hebsxanada-ulduz-oldu
Oxunma sayı: 1705

ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen cəza çəkdiyi həbsxanada ulduza çevrilib.

“Qafqazinfo”nun “The Daily Beast”a istinadən xəbər verir ki, digər dustaqlar Koendən hüquqi məsələlərlə bağlı məsləhət alır, ondan ölkə başçısı ilə pornoaktrisa Stormi Deniels arasında olan münasibətlərindən soruşur, eləcə də onunla şəkil çəkdirirlər.

“O, (Koen-red.) dostlarına deyib ki, insanlar onunla çox mehribandı və ətrafında baş verənlər ona çox da pis gəlmir. Onunla orada məşhur kimi davranırlar”, - mənbə qeyd edib.

Qeyd edək ki, M. Koen maliyyə saxtakarlığı, eləcə də ABŞ Konqresinə yalan ifadələr verdiyinə görə 3 il həbs cəzasına məhkum edilib.