Trampın müşaviri gizlicə Moskvaya gedib

trampin-musaviri-gizlice-moskvaya-gedib
Oxunma sayı: 852

ABŞ prezidenti Donald Trampın müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya ilə əlaqələr üzrə direktoru Fiona Hill Ağ Ev nümayəndə heyətinin tərkibində Moskvaya səfər edib.

“Qafqazinfo”nun “Kommersant” nəşrinə istinadən xəbərinə görə, o, Təhlükəsizlik Şurasının və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.

Nəşr yazır ki, onun səfəri nə ABŞ, nə də Rusiya hakimiyyəti tərəfindən öncədən elan edilməyib.