Trampın orduda transseksuallarla bağlı qərarı ləğv edildi

trampin-orduda-transseksuallarla-bagli-qerari-legv-edildi
Oxunma sayı: 1403

ABŞ prezidenti Donald Trampın orduda transseksualların xidmət etməsini qadağan edən qərarı ləğv edilib.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, Vaşinqton məhkəməsinin hakimi Kollar-Kotteli Obama dövründəki sistemə dönüş edilməsi qərarını verib.

Qərarda qeyd edilib ki, transseksualların orduda xidmət etməsində heç bir narahatlıq yoxdur.

Qeyd edək ki, 1,3 milyon hərbiçinin xidmət etdiyi ABŞ ordusunda 1300-10000 arası transseksualın olduğu bildirilir.