Trampın ötənilki qazancı açıqlandı

Trampın ötənilki qazancı açıqlandı
Oxunma sayı: 1599

 “Forbes” ABŞ prezidenti Donald Trampın 2018-ci ildə daşınmaz əmlak satışından əldə etdiyi gəliri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri ötən il 35 milyon dollar qazanıb. Bunun 20 milyon dollarını Tramp Nyu-Yorkdakı yaşayış kompleksində satılan mənzillərdən əldə edib. 5,5 milyon dolları isə Las-Veqasda bir neçə obyektin satışından qazanıb.

Bununla belə, Tramp 437 milyon dollaradək mülkə sahibdir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi