“Trampın qərarı ABŞ-ın sülh prosesindən çəkildiyinin elanıdır” - Mahmud Abbas

trampin-qerari-abs-in-sulh-prosesinden-cekildiyinin-elanidir
Oxunma sayı: 1132

ABŞ prezidenti Donald Trampın müsəlmanların müqəddəs şəhəri Qüdsü İsrailin rəsmi paytaxtı kimi qəbul etməsinə Fələstin dövlət başçısı Mahmud Abbas sərt münasibət bildirib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, M.Abbas Qüdsün Fələstinin əbədi paytaxtı olduğunu bildirib və bütün qərarlara qarşı müqavimət göstərəcəklərini söyləyib:

“Trampın bu qərarı rəsmi Vaşinqtonun sülh prosesindən çəkildiyinin elanıdır. Bu qərar işğal və məcbur yerləşdirmə planına təşviqdir”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin rəhbərləri Qüds məsələsini müzakirə etmək üçün 13 dekabrda İstanbulda toplantı keçirəcəklər.