Trampın şərəfinə şərab hazırlandı - Qiyməti 37 dollardır

Trampın şərəfinə şərab hazırlandı
Oxunma sayı: 542

ABŞ-da “City Winery” adlı şərab şirkəti prezident Donald Trampın şərəfinə “Covfefe 2015 Red Blend” şərabını istehsal edib.

“Qafqazinfo”nun “The Hill” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin yaradıcısı və baş direktoru Maykl Dorf Tvitter mikrobloqunda yazıb.

Onun sözlərinə görə, bir şərab şüşəsinin qiyməti 37 dollardır. Onu Nyu-York, Kaliforniya, Florida və Vaşinqtondakı mağazalardan əldə etmək olar.

Dorf həmçinin qeyd edib ki, satışdan qazanılan gəlirin 20 faizi Vətəndaş Azadlıqlarının Müdafiəsi üzrə Amerika Birliyinə təqdim olunacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi