Trampın silah satışı təklifinə - Şahzadədən mimikalı reaksiya

trampin-silah-satisi-teklifine
Oxunma sayı: 3959

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Səlmanı Ağ Evdə qəbul edib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Riyad və Tehran arasındakı münasibətlərin gərginləşdiyi bir zamanda baş tutan görüşdə Tramp vəliəhdə silah satışıyla bağlı kartları təqdim edib.

Bu zaman şəhzadə Salmanın üzündə yaranan maraqlı mimikalar gözlərdən yayınmayıb. Amerika hökümətinin terrora qarşı olduğunu söyləyən Tramp Səudiyyə Ərəbistana 100 milyardlarla texnika və əskər satdığını bildirib. Xüsusi vurğulayıb ki, Obama zamanından fərqli olaraq hazırda iki ölkə arasındakı münasibətlər xeyli müsbət yöndə dəyişib.

Bundan başqa, ABŞ prezidenti İranla yaşanan münaqişədə krallığın yanında olacağına dair mesajlar verib.