Trampın tələbi rədd edildi - “Qiymətləri endirməyəcəyik”

trampin-telebi-redd-edildi
Oxunma sayı: 3726

ABŞ prezidenti Donald Trampın Neft İxrac Edən Ölkələr Birliyindən (OPEC) neft qiymətlərini endirməsi barədə təhdidi nəticəsiz qalıb.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, OPEC lideri Səudiyyə Ərəbistanı və təşkilatın müttəfiqi Rusiya neft istehsalını artırmayacaqlarını açıqlayıblar.

Əlcəzairdə OPEC iclasından öncə açıqlama verən S.Ərəbistanı enerji naziri Xalid əl-Falih istehsal həcmini artırmaq imkanları olduğunu, lakin hələlik buna ehtiyac görmədiklərini söyləyib.

Rusiya enerji naziri Aleksandr Novak da eyni tərkibli açıqama verib.

Xatırladaq ki, Tramp 3 gün öncə neft qiymətinin son zamanlarda bahalaşmasında OPEC və Yaxın Şərq ölkələrini ittiham etmiş və qiymətlərin endirilməsini tələb etmişdi.

Qeyd edək ki, “Brent” marklı neftin qiyməti 80 dolları ötüb.