“Trampın və Sevincin Amerikası”nın təqdimatı oldu

trampin-ve-sevincin-amerikasinin-teqdimati-oldu
Oxunma sayı: 1731

Bu gün tanınmış jurnalist, “Yeni Müsavat” qəzetinin yazarı Sevinc Telmanqızının “Trampın və Sevincin Amerikası ” kitabının təqdimat mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, təqdimat mərasimində millət vəkilləri, ölkənin media ictimaiyyətinin tanınmış nümayəndələri, redaktorlar, ABŞ səfirliyinin nümayəndəsi, o cümlədən, tanınmış siyasətçilər, jurnalistlər iştirak ediblər.

Təqdimatda müəllifin “Xatirələrin işgəncəyə döndüyü yer” adlı Avropa səfərindən bəhs edən digər kitabı da qonaqlara təqdim edilib.