Trampın yaşadığı ev kirayə verilir - Bir günü 777 dollara

Trampın yaşadığı ev kirayə verilir
Oxunma sayı: 88

ABŞ prezidenti Donald Trampın Nyu-Yorkda uşaqlığını keçirdiyi evi günü 777 dollara kirayəyə verilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkun Queens rayonunda yerləşən bu həyət evi 20 nəfərlikdir.

O, ABŞ prezidenti seçildikdən iki ay sonra həmin evi 2,14 milyon dollar satmışdı. “Airbnb” saytındakı kirayə elanını da evin yeni sahibi verib.

Məlumat üçün bildirək ki, 1940-cı ildə Trampın babası Fred tərəfindən tikilən evdə 5 otaq və 3 tualet var. Tramp həmin evdə 4 yaşına qədər yaşayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi