Trampın yeni tviti müzakirələrə səbəb oldu

trampin-yeni-tviti-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 1361

Dünya liderləri arasında ən çox tvitter mikrobloqundan istifadə edən ABŞ Prezidenti Donald Tramp bu dəfə də atdığı tvitlə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə “Darıxdırıcı!” qeydini paylaşıb.

Prezidentin bu tviti şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəzi insanlar bu sözün arxasında hansı məna dayandığını düşünməyə çalışsalar da, digərləri onun 2020-ci il prezident seçkilərində “Demokratlar” partiyasından namizədlərin ilk debatlarına şərh olaraq qiymətləndiriblər. 

Ağ Evdən də ikinci qisim izləyicilərin rəyi təsdiqlənib. Vaşinqton administrasiya rəhbərinin hazırda debatları izlədiyi və bu görüşləri “darıxdırıcı” kimi dəyərləndirdiyi bildirilib.