Trampla görüşəndən sonra siyasət eşqinə düşdü

trampla-gorusenden-sonra-siyaset-esqine-dusdu
Oxunma sayı: 3844

Erməniəsilli amerikalı televiziya ulduzu Kim Kardaşyan siyasətə qoşulmaq fikrinə düşüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda ABŞ prezidenti Donald Trampla görüşən Kardaşyan jurnalistlərin "Siyasətə gəlməyi düşünürsünüz" sualına belə cavab verib: "Heç vaxt "heç vaxt" demə. Fəaliyyətimi şəxsi mənfəətlərimi bir kənara qoyaraq mühüm məsələləri müzakirə etmək üçün genişləndirməyi öyrənmişəm. Görüləcək çox işlər var". 

Xatırladaq ki, Kim Trampla narkotik üstündə tutulan 5 uşaq anası Alis Marienin azadlığa buraxılmasını xahiş etmək üçün görüşmüşdü.