Trampla Kimin görüş yeri bəlli oldu

trampla-kimin-gorus-yeri-belli-oldu
Oxunma sayı: 854

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün yeri məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “Röyters” vəziyyətlə tanış olan 3 mənbəyə istinadən görüşün Vyetnamın paytaxtı Hanoyda hökumətin qonaq evində baş tutacağını yazıb.

Qeyd edək ki, dünya liderlərinin görüşü 27-28 fevral tarixlərində baş tutacaq.