Roma papası Fransisklə ABŞ prezidenti Donald Trampın görüşü baş tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş yarım saat çəkib. Tramp papa ilə görüşə 12 amerikalı nümayəndə heyəti ilə gedib. Birinci xanım Melaniya və prezidentin qızı İvanka Vatikan kanonlarına əsasən, qara rəng geyinib və başlarına krujevalı örtüklər taxıblar.
The Independent görüşün çox quru və rəsmi keçdiyinə diqqət çəkib.
Trampla papanın söhbətinin məzmunu barədə isə heç bir məlumat verilmir.