Trampla Putin arasında 3-cü telefon danışığı oldu

Trampla Putin arasında 3-cü telefon danışığı oldu
Oxunma sayı: 28

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında növbəti telefon danışığı olub.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, liderlər Suriyada terrorçuluğa qarşı mübarizədə ABŞ ilə Rusiyanın addımlarının əlaqələndirilməsinin perspektivlərini, eləcə də Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.

Qeyd olunur ki, Putin həmkarını təmkinli davranmağa və gərginliyin səviyyəsini azaltmağa çağırıb.

Putinlə Tramp telefon vasitəsilə əlaqə saxlamaqla bağlı, həmçinin iyulda Hamburqda keçiriləcək G20 sammitində üz-üzə görüşməyə dair razılığa gəliblər.

Xatırladaq ki, bu, Trampın yanvarın 20-də keçirilən inaqurasiya mərasimindən sonra tərəflər arasında baş tutan üçüncü telefon danışığıdır. Belə ki, ilk telefon danışığı yanvarın sonlarında olmuşdu və liderlər terrorçuluğa qarşı mübarizəni, Suriya və Ukraynadakı vəziyyəti, eləcə də iki ölkə arasındakı münasibətləri müzakirə etmişdilər. Bundan əlavə, Tramp aprelin əvvəllərində Putinə zəng edərək Sankt-Peterburq şəhərində metroda törədilmiş terror aktı zamanı həlak olan qurbanlara görə ona başsağlığı vermişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi