Trampla Qutterişin 15 dəqiqəlik görüşü...

Trampla Qutterişin 15 dəqiqəlik görüşü...
Oxunma sayı: 602

BMT-nin baş katibi Antoniu Qutteriş bu gün ABŞ prezident Donald Trampla ilk görüşünü keçirib.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, görüş Ağ Evdə baş tutub. Bu barədə jurnalistlərə baş katibin rəsmi nümayəndəsi Stefan  Cüjarrik bildirib.

“Baş katib və prezident yaxın zamanda yenidən görüşmək barədə razılığa gəliblər. Antoniu Qutterişin fikrincə, o, BMT və ABŞ arasındakı əlaqələri konstruktiv şəkildə müzakirə edib”, - deyə Cüjarrik söyləyib.

Onun sözlərinə görə, görüş 10-15 dəqiqə davam edib.

Stefan Cüjarrik tərəflərin məhz hansı mövzudan danışdıqları haqda məlumat verməyib. 

Qeyd edək ki, A. Qutteriş Vaşinqtonda keçirilən Beynəlxaq Valyuta Fondunun tədbirlərində iştirak etmək məqsədilə ABŞ-a səfər edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi