“Tribunal yaradılsın!” – - Təklif

tribunal-yaradilsin-
Oxunma sayı: 847


Aurelia Qriqoriu deyib ki, Xocalı faciəsini törədənlər məsuliyyətə cəlb edilməlidir və ədalət bərqərar olunmalıdır.

Moldova ombudsmanı Xocalıda soyqırım törədənləri cinayət məsuliyyətinə cəlb etmək üçün Yuqoslaviyadakı soyqırım ilə bağlı tribunal kimi, xüsusi tribunalın yaradılmasının məqsədəuyğunluğunu söyləyib. O, Azərbaycanın belə bir tribunal yaradılması təşəbbüsü ilə çıxış etməsinin, xocalılıların şahidliyi ilə bu qanlı hadisənin əsl mahiyyətinin açılmasının zəruriliyini vurğulayıb.

A.Qriqoriu 1905-si ildən etibarən azərbaycanlılara münasibətdə ermənilər tərəfindən tətbiq olunan soyqırımların öyrənilməsi üzrə beynəlxalq ekspertlərin iştirakı ilə Qubada tədbirlər keçirilməsini, onların burada yaradılmış "Soyqırım Memorial Kompleksi" ilə tanış olmasını təklif edib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.