Tripoli təslim olur

tripoli-teslim-olur
Oxunma sayı: 661

Telekanal xəbər verir ki, Tripolinin bəzi məhəllələri Qəddafi rejiminin silahlı əleyhdardarının əlinə keçib. Hələ fevralın ortalarında Tripolidə qiyama cəhd olsa da, hakimiyyət əleyhinə çıxışların qarşısı alınmışdı.

İTAR-TASS agentliyinin məlumatına görə, Liviya paytaxtında partlayışlar eşidilir, intensiv atışma gedir. Hələ bir neçə saat əvvəl məlumat yayılmışdı ki, qiyamçıların silahlı dəstələri paytaxtı mühasirəyə alıblar və hücuma hazırlaşırlar.

Ötən gün Benqazidəki qiyamçı hökumətin rəhbəri Mustafa Əbdül Cəlil bəyan etmişdi ki, Qəddafinin sonu yaxındır.