Tripolidə ölənlərin sayı 28-ə çatıb

tripolide-olenlerin-sayi-28-e-catib
Oxunma sayı: 644

Liviyanın Tripoli şəhərində baş verən silahlı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatına görə, 28 nəfər ölüb, daha 130 nəfər isə yaralanıb.

Daha əvvəl Frans Press agentliyi döyüşlər nəticəsində 13 nəfərin öldüyünü, 80 nəfərin isə yaralandığını bildirmişdi.