TRT Azərbaycanın yanında olacaq

trt-azerbaycanin-yaninda-olacaq
Oxunma sayı: 651

"TRT" Bakı Təmsilçiliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü "TRT"nin dörd kanalında yayımlanacaq xəbər və proqramlar vasitəsilə dünyaya çatdırılacaq.

"TRT" Bakı Təmsilçiliyi tərəfindən "Tarixin Qara Səhifəsi" və "Qafqazlardan Əsən Yellər" adlı iki proqram hazırlanıb. "Tarixin Qara Səhifəsi' adlı proqram Azərbaycan İqtisad Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü keçiriləcək tədbirdə qonaqlara təqdim ediləcək.

Bu proqramlar "TRT Haber", "TRT Türk", "TRT Avaz" və "TRT Anadolu" kanallarında yayımlanacaq.