TRT-dən bu müğənnilərə qadağa

TRT-dən bu müğənnilərə qadağa
Oxunma sayı: 1840

Türkiyənin dövlət kanalı olan TRT qadağan olunmuş mahnılarla bağlı açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, siyahıda 142 türk və 66 kürd bəstələri yer alıb. 

Həmin musiqilər təkcə TRT-də yox, digər kanallarda da səsləndirilməyəcək. Buna səbəb kimi həmin əsərlərdə milli, dini və irqi ayrı-seçkiliyə yol verilməsi, ölkənin suverenliyinə təhid yaratmaq və terrora çağırış göstərilir. 

Mahnıları “qara siyahı”da olan müğənnilər arasında Demet Akalın, Büengü, Berkay, Sıla, nazan Öncel və başqaları var. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi