TRT-dən çağırış

trt-den-cagiris-
Oxunma sayı: 1028


“Qafqazinfo” xəbər verir ki, Qahirənin Ramses meydanındakı Əl Fəth məscidinə xəbər hazırlamaq üçün gedən TRT Qahirə müxbiri Mətin Turanın da olduğu, təxminen 500 nəfərlik qrup məscidə sığınıb, Misir təhlükəsizlik gücləri tərəfindən bu ərazi 18 saat mühasirədə saxlanılıb. Əl Fəth Məscidinə qaz bombaları ilə müdaxilə edildikdən sonra mühasirə qaldırılıb. TRT və Anadolu Agentliyi müxbirləri , müvəqqəti hökumət tərəfindən həbs edilib.

Həbs edilən Türk mətbuat mənsublarından Anadolu Agentliyi müxbiri Hiba Zekeriya azad edilib. TRT Bakı Təmsilcisi Yüksəl Değercan’ın verdiyi məlumata əsasən, TRT müxbiri Mətin Turanın həbs müddəti uzadılıb.

TRT Qahirə müxbirinin azad olunması üçün beynəlxalq mediaya çağırış səsləndirib.