TRT-nin əməkdaşları Myanmada saxlanıldı

trt-nin-emekdaslari-myanmada-saxlanildi
Oxunma sayı: 1395

“TRT World”un Myanmadakı xüsusi müxbirləri dronla çəkiliş apararkən polislər tərəfindən saxlanılıblar.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, jurnalistlər - sinqapurlu Lau Hon Menq, malayziyalı Mok Coy Lin, myanmalı Aunq Nainq Soe və onları daşıyan sürücü parlament binasını çəkdikləri iddiası ilə saxlanılıblar.

Myanma polis rəsmisi Sann Aunq bildirib ki, onlar “İdxalat və İxracat Qanunu” çərçivəsində Myanmaya icazəsiz dron keçirmək maddəsi ilə ittiham olunurlar.

Məlumata görə, “TRT World” saxlanılan əməkdaşların sərbəst buraxılması üçün Myanma rəsmiləri ilə danışıqlara başlayıb.