Trüdodan Trampa cavab - “Müqaviləni imzalamayacağam”

Trüdodan Trampa cavab
Oxunma sayı: 3273

Kanadanın baş naziri Castin Trüdo Şimali Amerika Azad Ticarət Müqaviləsinə (NAFTA) yeni imza atmayacağını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, müqavilənin Kanadaya sərfəli şərtlər yaratmadığı üçün belə bir qərar aldığını söyləyib:

“İqtisadiyyatımızı gücləndirəcək, kanadalılar üçün yeni iş və imkanlar yaradacaq müqaviləni imzalayaram. Əlverişsiz şərtləri olan razılaşmaları isə qəbul etməyəcəyəm”.

NAFTA 24 il öncə ABŞ, Meksika və Kanada arasında imzalanıb. Müqaviləyə əsasən hər il bu ölkələr ümumilikdə 1 trilyon dollarlıq ticarət həyata keçirirdilər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kanadanın razılaşmanı imzalamayacağı təqdirdə bu ölkəyə sanksiyalar tətbiq ediləcəyini açıqlamışdı. Belə ki, Kanadadan idxal edilən avtomobillərə əlavə 12,5 faiz vergi tətbiq ediləcəyi nəzərdə tutulub.

Müqavilə mətninin 1 oktyabrda hazır olacağı və noyabrın sonuna qədər ABŞ və Meksikanın imzalayacağı gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi