Tsxadadze “İnter”in bombardiri oldu

tsxadadze-interin-bombardiri-oldu
Oxunma sayı: 648

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, gürcüstanlı hücumçu Premyer Liqada 29 qarşılaşmada 7 qola imza atıb. Qeyd edək ki, Baçana 7 qoldan yalnız birini, “Simurq”la oyun zamanı penalti zərbəsindən vurub.

Daha maraqlı bir xüsusiyyət də B.Tsxadadzenin qol vurduğu oyunları “İnter”in qələbə ilə yekunlaşdırmasıdır. Belə ki, forvard “Neftçi”ilə (2 dəfə), “Xəzər-Lənkəran”la, “Simurq”la, “Sumqayıt”la, həmçinin “Bakı”ilə oyunlarda fərqləndi və bütün bu qarşılaşmalarda “İnter” 3 xal topladı. Baçananın “Qarabağ”la oyunun son matçında vurduğu daha bir qolu da komandanı məğlubiyyətdən xilas etdi.

Bundan sonra aktivində 5 qolla Nizami Hacıyev gəlir. O, “Xəzər-Lənkəran”ın, “Qəbələ”nin(2 dəfə), “Turan”ın və “Kəpəz”in qapıçılarını məyus etdi. Mövsümdə 3 dəfə İbrahima Niasse də fərqləndi. Vladimir Levin, İlia Kandelaki, Elnur Abdulov və Samir Zərgərov hərəyə 2 qol vurdular.